28 Yanvar 2015 13:42
723
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yeni Nəsil" Jurnalistlər Birliyinin fəaliyyətində problem yarandığı bildirilir. Teleqraf.com-a daxil olan məlumata görə, təşkilat qarnt layihələrini icra edə bilmir və maliyyə sıxıntısından əziyyət çəkdiyi üçün "Ayna" ("Zerkalo") qəzeti redaksiyasının binasında yerləşən ofisini başqa yerə köçürmək məcburiyyətində qalıb.

Məsələyə aydınlıq gətirmək üçün "Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyevə müraciət etdik.

A.Əliyev qeyd etdi ki, təşkilat fəaliyyətini davam etdirir və müaqvilə əsasında layihələr icra edir: "Bir çox təşkilatlar kimi biz də xarici donorlardan aldığımız qrantları əldə edə bilmirik. Amma müqavilələr əsasında monitorinqlər aparırıq".

"Yeni Nəsil"in gələcək fəaliyyətinə də toxunan A.Əliyev bildirdi ki, yerli və xarici təşkilatlarla müqavilələr əsasında layihələr icra etməkdə davam edəcəklər, amma böyük konfranslar, tədbirlər keçirə bilməyəcəklər.

Təşkilatın yerləşdiyi binadan çıxmasına gəlincə, A.Əliyev qeyd etdi ki, hazırda əvvəlki ofisdə fəaliyyətlərini davam etdirirlər: "Binanı tərk etməmişik. Bu məlumat doğru deyil".

Ayxan


Müəllif:

Oxşar xəbərlər