28 Yanvar 2015 14:03
1 963
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu xəbəri sizdən eşitdim. Çox pis oldum. Həmin dəqiqə Vaqif Səmədoğlunun sözlərinə oxuduğum mahnılar yadıma düşdü. Mahnılardakı o sözlər yadıma düşdü… "Halıma yanan gərək"…İndi mənim halıma yanan gərək. "Uzaq yaşıl ada"… İndi Vaqif Səmədoğlu bizim üçün uzaq yaşıl ada oldu. Onu sevənləri, istəyənləri o indi uzaq yaşıl adada gözləyəcək”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında xalq artisti Flora Kərimova deyib. Onun sözlərinə görə, Vaqif Səmədoğlu istedadı və insanlığı ilə nümunə ola biləcək nadir şəxsiyyətlərdən idi: “Xatırlayıram, o mənim xahişimlə “Özünlə apar” şeirini yazmışdı. Sonra şeirlərə musiqi də bəstələndi. Və onu ifa etdim. İndi o mahnı mənim qəlbimdədir. Dahi insanları necə xatırlayarlar? O nadir insanlardan idi ki, yaradıcılığı ilə xasiyyatı bir-birinə uyğun idi”.

Qeyd edək ki, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən, müalicəsini ölkə başçısının tapşırığı ilə İsraildə davam etdirən xalq yazıçısı Vaqif Səmədoğlu bu gün səhər saatlarında dünyasını dəyişib.

Nərmin


Müəllif:

Oxşar xəbərlər