28 Yanvar 2015 17:47
882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Neft Şirkətinin İnsan Resursları Departamentində (İRD) Fransanın “N+İ” mühəndislik üzrə ali məktəblər şəbəkəsinin direktoru Jean-Pierre Trotignon və Fransa səfirliyinin nümayəndəsi Charlotte Payen ilə görüş keçirilib. İRD-nin rəisi Asif Bəkirli qonaqlara SOCAR-ın Xarici Təqaüd Proqramı haqqında məlumat verib, layihələrin iştirakçıları üçün yaradılmış imkanlardan, sosial paketlərdən, şirkətin və tələbələrin qarşılıqlı öhdəliklərindən danışıb, SOCAR-ın TOTAL şirkəti ilə əməkdaşlıq çərçivəsində Fransada təhsil layihəsi üzərində ətraflı dayanaraq mövcud vəziyyəti dəyərləndirib. Görüşdə layihənin şərtləri və tələbələrin üzləşdikləri çətinliklərə də toxunulub.

Jean-Pierre Trotignon “N+İ” mühəndislik üzrə ali məktəblər şəbəkəsinin ətrafında 60-dan çox təhsil ocağının birləşdiyini bildirib, şəbəkənin yaranma tarixi, məqsədi və fəaliyyəti barədə məlumat verib. O, əcnəbi tələbələrin ən çox üzləşdikləri çətinliklər - dil, mədəni mühitə alışma və digər problemlərdən danışıb. Jean-Pierre Trotignon Fransada təhsil üslubunun digər ölkələrdən fərqləndiyini, mühəndislik sahəsinin riyaziyyata əsaslandığını vurğulayıb. J.Trotignon bu problemlərin aradan qaldırılması üçün təkliflər irəli sürüb və yaxın zamanda SOCAR-la əməkdaşlığa başlayacaqlarına ümid etdiyini bildirib.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər