2 Aprel 14:47
827
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanda 60 mindən çox işləyən pensiyaçı var.

Teleqraf.com xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev DOST TV-nin ilk efirinin “Sosial saat” verilişində deyib.

Onun sözlərinə görə, bu rəqəm getdikcə artacaq: “Əhalimiz işləməyə meyillidir. İşləyən pensiyaçıların qanunvericiliklə nəzərdə tutulan 6 illik stajından sonra hər il topladıqları kapital yenidən hesablanır və pensiyalarının üzərinə gəlir. Bu gün həmin proses müraciət üzərindən həyata keçirilir, lakin bununla bağlı elektron proqram da hazırlanır. Bu il üçün istifadəyə veriləcəyi düşünürəm. Bununla da müraciət elektron qaydada olacaq. Xatırladım ki, müraciət hüququndan il ərzində 10-12 min vətəndaş istifadə edir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər