3 Aprel 09:57
775
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şöbəyə qəbul edilən xəstələrdən 13-ü dəm qazından, 76-sı dərmandan və 17-si etanoldan zəhərlənən şəxslərdir.

Teleqraf.com xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzdən bildirilib.

Həmçinin 21 nəfər allergik reaksiyadan, 30 nəfər sirkə turşusundan, 7 nəfər həlledici məhluldan (uşaq), 1 nəfər anafilaksiya səbəbindən xəstəxanaya yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 9-u dünyasını dəyişib. Onlardan 4-ü qadın, 5-i kişi olub.

Ölüm halları sirkə turşusu, etanol və dərman zəhərlənmələrindən qeydə alınıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər