4 Aprel 11:56
876
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru, keçmiş millət vəkili Çingiz Qənizadə ilə bağlı Sərəncam imzalayıb.

Teleqraf.com xəbər verir ki, ölkə başçısının imzaladığı müvafiq Sərəncamla Çingiz Qənizadə Ümummilli Lider Heydər Əliyevin 100 illik xatirəsinə həsr olunmuş "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif olunub.

Çingiz Qənizadə bu barədə Demokrat.az saytına açıqlama verib:

“Dahi şəxsiyyət, Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı və medalların içində ən ali medalla layiq görülmək həm şərəflidir, həm də məsuliyyətlidir. Fəaliyyətimə qiymət verən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə sonsuz təşəkkür edirəm. Bütün fəaliyyətimi Ulu öndər Heydər Əliyevin ideyalarına və cənab Prezident İlham Əliyevin siyasi xəttinə dəstək verməklə onun təbliğatına həsr edəcəm. Təşəkkür edirəm Cənab Prezident!”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər