Qarabağ və Türkiyə-Azərbaycan Universitetinin yaradılması ilə bağlı konkret hədəflər bəlli olmalıdır.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
O qeyd edib ki, bu universitetlərin hansı əsaslarda yaradılması məsələsi hələki tam aydınlaşmayıb: "Eyni zamanda bu universitetlərin Bakıda yaradılması nəzərdə tutulur. Yaxşı olardı ki, bu universitetlər bölgədə yaradılsın. Bakıdan Qazaxa qədər olan məsafədə ali təhsil ocağının formalaşması burada tekniki təmayüllü ixtisasların yaradılması qarşıdakı dövr üçün hədəflərin aydınlaşmasına xidmət etmiş olar".
Deputat Qarabağ Universitetinin də ənənəvi qaydada yaradılmasının doğru olmadığı söyləyib: "Burada fərqli bir model əsasında ali təhsil ocağının yaranması doğru olardı".