6 Aprel 18:53
2 824
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə Nazirliyi Strateji planlaşdırma və monitorinq Baş İdarəsinə yeni rəis təyin edilib.

Teleqraf.com xəbər verir ki, yeni ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə bu vəzifəyə Hüseynov Toğrul Aydın oğlu təyin olunub.

Nazirin digər əmri ilə Həsənli Rəşad İsmayıl Ədliyyə Nazirliyi Strateji planlaşdırma və monitorinq Baş İdarəsinin rəis müavini təyin olunub.

Qeyd edək ki, bu ilin mart ayında Ədliyyə Nazirliyi Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi Cavid Hüseynov vəzifəsindən azad edilərək, Ali Məhkəmə Aparatının Məhkəmə təcrübəsinin təhlili şöbəsinin müdiri təyin olunub.

Toğrul Hüseynov Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin baş məsləhətçisi vəzifəsində çalışıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər