“Fiziki şəxslər və ya şirkətlər tərəfindən Azərbaycana idxal olunan mobil telefonlar qeydiyyatdan keçməlidir ki, ölkə daxilində işləyə bilsinlər”.
Teleqraf.com-un məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev gömrük xidmətinin yaranmasının 23-cü ildönümü münasibəti ilə keçirilən tədbirdə jurnalistlərə açıqlama verərkən deyib.
Aydın Əliyev bildirib ki, yalnız internet deyil, həm də poçt vasitəsi ilə ölkəyə daxil olan telefonları qeydiyyata salmaq mümkün deyil: “Ötən ilin dekabr ayında Soçidə keçirilən MDB ölkələrinin Gömrük xidməti rəhbərlərinin beynəlxalq tədbirində də Rusiyada Gömrük Xidməti tərəfindən bu məsələ qaldırıldı və müzakirəyə çıxarıldı. Yaxın vaxtlarda bu sahədə olan problemlərin aradan qaldırılması üçün müəyyən qərarlar və tövsiyələr qəbul olunacaq. Bu qərarlardan sonra isə bu sahədə olan qanunsuzluqlarla mübarizə apara biləcəyik”.
Aydın Əliyev mobil telefonların Azərnbaycan gətirilməsində baş verən qanunsuzluqlarla bağlı araşdırılmaların aparıldığını vurğulayıb: “Bildiyimiz kimi, internet ticarəti dünyada vergilərin toplanması probleminə çevrilib. Artıq bununla bağlı Nazirlər Kabinetinin müəyyən qərarları var”.
Naibə QURBANOVA