23 Aprel 14:10
611
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətəndaş nikahı Avropadan Azərbaycana keçib.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Fəzail Ağamalı parlamentin aprelin 23-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda vətəndaş nikahı getdikcə artır. O bildirib ki, son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb.

Spiker Sahibə Qafarova isə deputatın çıxışına cavab olaraq bildirib ki, ölkədə vətəndaş nikahı qanunsuzdur: “Bunu hamı bilir ki, ölkədə bu nikah qanunsuzdur. Qadın da, kişi də vətəndaş nikahına girməli deyil”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər