30 Yanvar 2015 15:01
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov yanvarın 30-da Horadiz şəhərində bu bölgədən olan vətəndaşları qəbul edib.

Muğam Mərkəzində keçirilən, nazirliyin müvafiq icra strukturu rəhbərlərinin də qatıldıqları qəbulda Füzuli, Ağcabədi, Beyləqan və Xocavənd rayonlarının sakinlərinin, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin müraciətlərinə baxılıb.

Vətəndaşlardan 21 nəfəri şəxsən nazir Kəmaləddin Heydərov tərəfindən qəbul olunub. Bundan başqa, kadr məsələləri ilə bağlı 116, digər məsələlərlə əlaqədar müraciət etmiş 147 vətəndaş nazir müavinləri, nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul edilib.

Hər bir müraciət diqqətlə dinlənilib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib.

Qəbulda Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və bununla əlaqədar vətəndaşlar arasında ətraflı izahat aparılıb. Qəbula gələn rayonların sakinləri nazirlə birbaşa görüş üçün yaradılmış şəraitdən razılıqlarını bildirib və bölgələrdə bu cür qəbulların təşəbbüskarı Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

İlhamə


Müəllif:

Oxşar xəbərlər