Bu ilin mart ayının 11-dən 18-dək Bakıda “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalı keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq Artisti, professor Firəngiz Əlizadə bildirib. O, AzərTAc-a verdiyi müsahibədə bunları deyib: "Bu möhtəşəm festivalın prezidenti Azərbaycanın birinci xanımı Mehriban Əliyevadır. Bu dəfə də festivala dünyanın müxtəlif ölkələrindən qonaqlar qatılacaq. Artıq festivalla bağlı proqram hazırlanır, bütün kollektivlərlə iş aparılır".
Xalq artisti bildirib ki, qarşıdakı aylarda rəhbərlik etdiyi təşkilat tərəfindən müxtəlif tədbirlər keçiriləcək. Bu tədbirlər sırasında "Bakı-2015" birinci Avropa Oyunlarının da mühüm yeri var. Biz də bu möhtəşəm yarışın ölkəmizdə yüksək səviyyədə təşkili üçün əlimizdən gələni etməyə hazırıq. Eyni zamanda il ərzində bizi çoxlu sayda yubiley tədbirləri, konsertlər, "dəyirmi masa"lar, müzakirələr gözləyir. Çalışacağıq ki, nəzərdə tutulmuş işləri vaxtında və yüksək səviyyədə yerinə yetirək.
Rüstəm