14 May 2014 13:56
1 017
12 Punto 14 Punto 16 Punto 18 Punto

İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) keçmiş baş direktoru İsmayıl Ömərov nəvəsi haqqında müavini olmuş Çingiz Aslanovun söylədiyi fikirlərə qısa münasibət bildirib.

İ.Ömərov açıqlamasında deyib: “Mənim bu barədə deyilənlərdən xəbərim yoxdur. Axı bunlar harada yazılıb? Mən bu barədə heçnə bilmirəm”.

Xatırladaq ki, İ.Ömərovun müavini olmuş Çingiz Aslanov "AzNews.az"a müsahibəsində sensasion açıqlamalar verib.

O, dövrdə baş direktor İsmayıl Ömərovun öz nəvəsini uşaqlar arasında keçirilən “Evrovision” yarışmasına göndərməsi məsələsinə toxunan Ç.Aslanov deyib: “Onda da seçim tam ədalətli idi. Çünki İTV-nin qısa müddətdə tam formalaşıb uğur qazanması da məhz bu ədalətlilik prinsipinə sədaqətin məntiqi nəticəsi idi. Jurnalistlər İsmayıl Ömərovun nəvəsinin həmin yarışda iştirakı məsələsinə dönə-dönə qayıdırlar. Məcburam bunu deyim. Bəlkə də bu sözlərimə görə, məni ən çox qınayan İsmayıl Ömərov olacaq. Amma çoxları bilir, qoy, musiqisevərlər də bilsin ki, əsasən 10 MDB ölkəsi arasında təşkil olunan uşaq “Evrovision” yarışmasında İsmayıl Ömərovun nəvəsinin qalib gəlməməsi üçün bir oliqarx məmurun xərclədiyi pullara bəlkə də bir Olimpiya Kompleksi tikmək olardı. Әgər bu məsələni jurnalistlər araşdırmaq istəyirsə, Avropa Yayımlar Birliyindən həmin yarışmada Ömər Sultanova komissiyalardan yox, ölkələrdən SMS-lə nə qədər səs verildiyini istəsin, alsın, onda hər şey sizə tam aydın olacaq”. /Publika.az/


Müəllif: