30 Yanvar 2015 21:47
740
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Gəncliyin Sosial İqdisadi İnkişafına Kömək" İctimai Birliyi “Dövlət Gənclər Siyasəti– gənclər üçün imkanlar” adlı layihənin icrasını həyata keçirir.

Birlikdən Teleqraf.com-a verilən məlumata görə, layihə Azərbaycanın şimal regionu olan Şəki şəhərində yaşayan, fəaliyyət göstərən və ya təhsil alan gənclərin dövlət gənclər siyasəti ilə bağlı məlumatlandırılması məqsədi ilə həyata keçirilir.

Belə ki, layihədə xüsusən qəbul edilmiş “Azərbaycan gəncliyi 2011- 2015- ci illərdə” Dövlət Proqramı, “Azərbaycan 2020” Gələcəyə Baxış İnkişaf Konsepsiyası, “Təhsil Strategiyası” və “Xaricdə təhsil üzrə dövlət proqramı” haqqında hazırlanmış xüsusi vəsaitlər, təqdimatlar region gənclərinə təlimlər vasitəsi ilə çatdırılacaq, onların bu proqramdan bəhrələnməsi üçün mümkün yollar göstəriləcək.

Birlikdən onu da bildiriblər ki, təlimlər zamanı region gənclərinin qarşılaşdıqları problemlər və onlardan çıxış yolları ilə bağlı diskussiyalar təşkil olunacaq. Qeyd edək ki, layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

NİGAR


Müəllif:

Oxşar xəbərlər