“Liderlik və idarəetmə” təlimlərinin iştirakçılarına sertifikatların təqdim olunub. “İlk peşə-ixtisas təhsilində rəhbər və müəllim heyətinin bilik və bacarıqlarının artırılması” layihəsi çərçivəsində həyata keçirilən “Liderlik və idarəetmə” təlimlərinin iştirakçılarına sertifikatların təqdim olunması mərasimi keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbirdə Təhsil Nazirliyi və “GİZ” Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, Təhsil Nazirliyi və “GİZ” Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə həyata keçirdiyi bu layihənin məqsədi ilk peşə-ixtisas təhsili müəssisələri direktorlarının və digər rəhbər işçilərin bacarığını artırmaqla, təhsildə keyfiyyət və səmərəli idarəetməni təmin etməkdən ibarətdir. Bu da ölkə iqtidsadiyyatının sürətlə inkişaf etməsi ilə bağlıdır. Qeyd edim ki, ötən il ölkə iqtisadiyyatının göstərici 3%, qeyri neft sektoru isə 7% artıb. Bu faizləri artırmaq üçün müasir kadrlara ehtiyac var.
Xüsusi ilə iqtisadiyyat sahəsində kadrlara ehtiyac var. Peşə təhsilində kadrların hazırlanmasına ehtiyac var. Bununla bağlı təhsildə aparılan islahatlar imkan verir ki, peşə təhsilində də, kadrlar hazırlansın. Peşə təhsil sahələrin də fəaliyyət göstərən mütəxəsisləri bu təlim kurslarında iştirak etmək üçün müraciət etdilər. Keçirilən təlimlərin qaydalarına əsasən onların arasnda xüsusi müsahibə yolu ilə seçim aparıldı. Burada hər bir iştirakçının bilik səviyyəsi müəyyənləşdirildi. 189 nəfərdən 31 nəfəri təlim kurslarında iştirak etdilər”.
Layihə çərçivəsində Peşəkar Təlim və Dəstək Mərkəzi yaradılıb və namizədlərə uzunmüddətli təlimlər keçirilib. Təlimlər təhsildə liderlik və idarəetmə, məktəbin idarə olunması, kurikulumun dizaynı, qiymətləndirmə, məlumatlarin təhlili, monitorinqi və qiymətləndirilməsi kimi peşə təhsilinin əsas komponentlərini əhatə edib. Çıxış edənlər bu layihənin ilk peşə-ixtisas təhsili müəssisələrinin inkişafına layiqli töhfə verəcəyini vurğulayıblar. Sonda təlimdə iştirak etmiş 25 nəfərə sertifikat təqdim olunub.
Qeyd edək ki, birinci mərhələdə təlimlər yalnız Bakı şəhərində fəaliyyət göstərən ilk peşə-ixtisas təhsili müəssisələrinin rəhbər və müəllim heyəti üçün təşkil edilib. Növbəti layihələrdə regionlardakı ilk peşə-ixtisas təsili müəssisələrinin rəhbər və müəllim heyəti də təlimlərə cəlb olunacaq.
İLHAMƏ