14 May 2014 15:01
1 059
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sovetski”də yaşayan 730 ailə dövlət tərəfindən verilən kompensasiyanı alıb. Vəsait onların bank hesabına köçürülüb. 810 mənzilin sahibi ilə razılaşma protokolu imzalanıb".

Bunu Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Yasamal Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış Köçürmə Komissiyanın sədri Səməd İslamov deyib.

Onun sözlərinə görə, bu günə qədər “Sovetski”də 77 mənzil və qeyri yaşayış yeri sökülüb. 1250 nəfər isə mənzillərini müəyyən edilmiş şərtlərlə satmağa razılıq verib.

Səməd İslamov bəzi ailələrin onlara kompensasiyanın 1000 manatdan hesablanması iddiasına da aydınlıq gətirib.

O, bilbirdi ki, birinci dəfə mənzil və qeyri yaşayış yerlərində ölçü işləri aparılarkən həmin yerlərin fotoşəkilləri də çəkilib. Komissiyaya demək olar ki, hər gün müraciətlər daxil olur ki, bəzi sakinlərin evlərində yenidən ölçü işləri aparılsın. Lakin edilən müraciət əsasında mənzil və ya qeyri yaşayış yerində ölçü işləri apararkın müəyyən dəyişikliklərə rast gəlinir.

“Biz bu dəyişikliyi birinci dəfə mənzil və qeyri yaşayış yerlərində ölçü işləri apararkən çəkdiyimiz fotoşəkillərlə müqayisə edəndə görürük. Açıq aydın görmək olur ki, əvvəllər anbar kimi istifadə etdiyi yeri indi yaşayış yeri kimi bizə təqdim edir. Hər kvadratmetr sahəyə görə 1000 manat verilməsi ilə bağlı şikayət edənlər mənzil və ya qeyri yaşayış yerlərində müəyyən dəyişiklik edən şsakinlərdir”, deyə Səməd İslamov bildirib. /anspress/


Müəllif: