“Saf Həyat Naminə” Gənclər İctimai Birliyi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Maraqlı peşə - uğurlu karyeranın təməlidir” layihəsini həyata keçirir.
Birlikdən Teleqraf.com-a bildiriblər ki, layihənin məqsədi ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan və internat məktəblərini bitirən uşaqların peşə təhsilinə cəlb olunması prosesində yeni mexanizmin formalaşması istiqamətində təşəbbüslərlə çıxış etməkdir.
Layihə çərçivəsində həmin uşaqlar haqqında məlumatların toplanacağı xüsusi kataloq hazırlanacaq. Bununla yanaşı, maarifləndirmə tədbirləri keçiriləcək, xüsusi məlumatverici bukletlər hazırlanaraq paylanacaq, peşə təhsili və digər müəssisələrlə internat məktəbləri arasında rabitə yaradılacaq.
Xüsusi qayğıya ehtiyacı olan və internat məktəblərini bitirən uşaqların peşə təhsilinə cəlb olunması ilə bağlı yeni mexanizm və təşəbbüslər əlaqədar qurumlara təqdim ediləcək.Artıq layihə çərçivəsində Şəkidə tədbirlərə başlanılıb.