2 Fevral 2015 14:00
1 834
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisdə çıxış edən millət vəkili Zahid Oruc iki həftədir Pentensiar Xidmət məsələsinin müzakirə edildiyini diqqətə çəkib: "Bir məhbusun fəaliyyəti səbəbindən media və sosial şəbəkələr bu haqda müzakirə aparır. Ölkədəki quruculuğu konteksdən çıxarıb kriminallaşmanı qabartmağı xüsusi fəaliyyət hesab edirəm. Əgər prokuror, məhkəmə və ya müəssisə rəhbəri məhbusa qarşı ədalətsizlik edibsə, cəzalandırılsın. Mən bunu KİV-lərin marağından irəli gələn hadisə kimi qiymətləndirmirəm. Biz görürük ki, bütün hüquq-mühafizə orqanlarının üzərinə gedilir. Mən Pentensiar Xidmətin cəmiyyətlə daha yaxından təmasda olmasını istəyirəm. Azərbaycan dövləti bu məsələdə zərbə alır. Hesab edirəm ki, Ombudsman Aparatı da burada söz deməlidir".

Qarabağ haqqında danışan Z.Oruc deyib ki, Dağlıq Qarabağın statusu AXC hakimiyyəti tərəfindən ləğv ediluib: “Mən bunu müzakirə etmək istəmirəm. Ancaq indi "Dağlıq Qarabağ Respublikasını" ermənilər öz cəmiyyətlərində beynlərə yeridirlər. Düzdür, bu "respublika" beynəlxalq qurumlar tərəfindən tanınmır. Bizdə Dağlıq Qarabağın Azərbaycanlı icması var, onlara status verilib, ancaq hüquqi əsas yoxdur. Mən hesab edirəm ki, Dağlıq Qarabağ Muxtar Vilayət statusu bərpa olunmalıdır. Biz ermənilərə iki yol təklif edirik. Cinayətkarlara cəza, separatizm ideyasını müdafiə edənlərə isə müharibə amnistisiyası. Fikrimcə, Rusiyanın Çeçenistan siyasətini Qarabağda tətbiq etməliyik. 4-5 ay əvvəl Avropa Birliyində Britaniyanın təmsilçisi bəyan etdi ki, ermənilər Avrasiya Birliyinə qoşulubsa, biz onlara yardım etməyəcəyik. Ancaq Yanukoviç Şərq Tərəfdaşlığına qoşulmadığı üçün devrilib. Hansı ki, Yanukoviç heç Avrasiya Birliyinə qoşulmamışdı. Məncə, biz Avropa Birliyinə təklif etməliyik ki, Ermənistana yardımlarını dayandırsın”.

Nemət


Müəllif: