Ermənistan demarkasiya prosesinin qanuni tələbinə uyğun olaraq Azərbaycanın nəzarətinə keçən Kirants körpüsünə alternativ yolun inşasına başlayıb.
Teleqraf.com Globalinfo.az-a istinadən xəbər verir ki, artıq sözügedən ərazidə tikinti işlərinə dair foto təqdim olunub.
Fotoda sol tərəfdə Azərbaycanın nəzarətinə keçən körpü əks olunub. Sağ tərəfdə isə yeni yol salınır.
Qeyd edək ki, Kirantsın girişindəki körpünün Azərbaycanın nəzarətinə keçməsindən sonra ermənilər yeni çəkilən bu yoldan istifadə edəcəklər.