Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Yasamal rayonu, Həsənbəy Zərdabi küçəsində uşağın evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə ondoqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq nəzarətsiz qalmış 2020-ci il təvəllüdlü uşağı xilas ediblər.