2 Fevral 2015 18:49
2 005
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gündəmdən düşməyən Lamiyə Quliyeva məsələsi çox ürəkağrıdıcı hadisədir”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında “Qadınlar arasında Həmrəylik Cəmiyyəti” İctimai Birliyinin sədri Ruhəngiz Hüseynova deyib. O, qadın təşkilatı rəhbəri olaraq bu məsələ ilə bağlı xəcalət çəkdiyini diqqətə çatdırıb: “Ona görə ki, bir qızın həyatı 12 yaşından darmadağın olub. Amma bizim birimiz səsimizi çıxarmamışıq. Əvvəlcə ona görə çıxarmadıq ki, bu məsələdə insan ölümü faktoru var idi. İnsan öldürmək özü bir günahdır, cinayətdir. Lakin Lamiyə işlətdiyi günahın, cinayətin cəzasını çəkib. Yenidən onun məhkumluq həyatının 6 ildən çox uzadılması isə o deməkdir ki, onu bilərəkdən mübahisəyə cəlb ediblər. Burada artıq susmaq mümkün deyil. Bu xanım 12 yaşından zorakılığın qurbanı olub. Məsələ burasındadır ki, özü də zorakılıq tətbiq edib. Çünki baş yol görməyib. Həm onun yaşının azlığı, həm də başına gələnlər məcbur edibdir ki, o da zorakılıq etsin. Amma artıq onu bağışlamaq olar, cəmiyyət də buna hazırdır. Düşünürəm ki, cənab prezident də bu məsələyə baxacaq və həmin xanımın bağışlanması məsələsini qaldıracaq. İndi bu xanımın cəzaçəkmə müəssisəsində övladı dünyaya gəlib. Onun övladının hansı şəraitdə olması özü ayrıca bir araşdırma mövzusudur. Doğrudanmı o cinsi istismara məruz qalıb? Necə olub ki, orada uşağı dünyaya gəlib? Uşağın dünyaya gəlməsini alqışlayırıq, amma onun şəraitini bilmək lazımdır. Hesab edirəm ki, bütün qadın təşkilatları bu məsələyə diqqət yönəltməlidir. Elə etmək lazımdır ki, dövlət başçısı onun işinə yenidən baxılması üçün müvafiq götərişlər versin və o, bəraət alsın, yaxud da növbəti əfv fərmanı ilə azadlığa qovuşsun. Biz bunu çox istəyirik”.

R.Hüseynova deyib ki, Lamiyə onsuz da cəzasını artıqlaması ilə çəkib: “Çox istərdim ki, onun bu işinə maneələr yaradılmasın. Bağışlamaq Allaha da xoş gedər”.

AZAD


Müəllif: