Daim insanlara xoş əhval bəxş edən “Berqa” çayı bu dəfə uşaqları sevindirib.
Teleqraf.com xəbər verir ki, adıçəkilən marka ənənəsinə sadiq qalaraq “Park Bulvar”da uşaqlar üçün bol əyləncəli, möhtəşəm şou proqram keçirib.
Uşaqların Beynəlxalq Müdafiəsi Günündə “Berqa”nın təşkilatçılığı ilə keçirilən konsertdə musiqi və rəqsin müşayiəti ilə balacalar bolluca əylənib, həmçinin müxtəlif oyunlar oynayıblar.
Sonda isə uşaqlara marka tərəfindən hədiyyələr təqdim olunub.
Qeyd edək ki, “Berqa” ölkənin premium çay markası olaraq , insanları hər zaman yeni məhsulları ilə sevindirməyə davam edir.
Əsas məqsəd “Berqa” çayı ilə insanların əhvalını dəyişdirmək və onlara xoş əhval bəxş etməkdir.