4 İyun 14:31
455
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ölkə üzrə ümumijanrlı yayımçıların proqramındakı maarifləndirici verilişlərin miqdarı arzuolunan qədər deyil”​.

Teleqraf.com xəbər verir ki, bu sözləri Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov “Audiovizual media: Normalar, reallıqlar və çağırışlar” mövzusunda onlayn media subyektləri ilə keçirilən dəyirmi masada çıxışı zamanı deyib.

O bildirib ki, ümumijanrlı kanalların proqramında maarifləndirici verilişlərin həcmi 10-12 faizdir: “Bu rəqəm bizim üçün heç də arzuolunan deyil. Lakin biz yayımçıların seçiminə müdaxilə edə bilmərik”.

F. Novruzov vurğulayıb ki, bu yaxınlarda İctimai TV-də yayımlanan “Alatava” serialındakı müəyyən məqamlar ilə bağlı yayımçıya tövsiyələr verilib: “Bu kanal ictimai yayımçı olduğu üçün biz onun yayımını dayandıra bilməzdik, lakin tövsiyələr vermişik”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər