Son günlər elektron informasiya resurslarında auditoriyanı çaşdırmaq məqsədilə yaradılmış hiperlinklər vasitəsilə yalan məlumatların tirajlanması halları müşahidə olunur.
Teleqraf.com xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) açıqlamasında bildirilib.
Bildirilib ki, Azərbaycan Prezidentinin adından istifadə olunmaqla hazırlanan saxta müraciətdə istifadəçilərə maddi yardım vəd edilir və elektron hesab yaradaraq qeydiyyatdan keçməklə bu yardımdan faydalanmaq təklif edilir.
"Bildiririk ki, qeyd olunan müraciət bütün dünyada yeni təhdid növü kimi qiymətləndirilən kiber dələduzluq nümunəsidir. Azərbaycan vətəndaşlarını, o cümlədən media nümayəndələrini və ictimai fəalları bu kimi hallarla bağlı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumatlara söykənən kampaniyalara qarşı sayıq olmağa çağırırıq", - deyə məlumatda qeyd olunub.