6 İyun 12:19
268
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərişıq” ASC paytaxt Bakıda və ölkənin regionlarında enerji doldurma məntəqələri quraşdırır.

Teleqraf.com bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, işlər Bakıda keçiriləcək “COP 29” ərəfəsində paytaxtda və regionlarda enerji doldurma məntəqələrinin (EDM) zəruri infrastrukturunun yaradılması və həmin məntəqələr dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi çərçivəsində aparılır.

Enerji doldurma məntəqələri "yaşıl enerj"i ilə dəstəklənir. “Azərişıq”ın quraşdırıdığı yüksək gücə malik sürətli, sabit cərəyanlı həmin məntəqələr elektromobilləri qısa vaxtda, keyfiyyətli elektrik enerjisi ilə şarj edir.

Builin mart-may aylarında paytaxtda “Azərişığ”ın Tədris və İnnovasiyalar Mərkəzində, “İçərişəhər” yarımstansiyasında, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 110/35 kV-luq “Sea Breeze-1” yarımstansiyasında, Qala-Mərdakan yolu üzərində yerləşən ticarət müəssisəsinin ərazisində quraşdırma işləri başa çatıb. Həmçinin, regionlarda - Qəbələdəki 110/35/10 kV-luq “Hacıalılı” yarımstansiyasında, Salyanda Ələt-Astara yolunun 71-ci kilometrliyində, Qarabağ və Şərqi Zəngəzurda isə 6 ərazidə- Zəngilan və Cəbrayıl Elektrik Şəbəkələrinin Rəqəmsal İdarəetmə mərkəzlərində, “Xocalı” və “Şuşa-1” yarımstansiyalarında, “Füzuli” Rəqəmsal Yarımstansiyasında, həmçinin “Hadrut” qovşaq yarımstansiyasında məntəqələr quraşdırılıb. Proses bundan sonra da həm paytaxtda, həm də bölgələrdə davam etdiriləcək.

"2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyi ölkəmizdə alternativ enerji mənbələrinin inkişafı sahəsində ciddi addımlar atılır. Enerji doldurma məntəqlərinin gələcəkdə yaşıl enerji zonasına çevriləcək Qarabağ və Şərqi Zəngəzurda quraşdırılması bu layihələrin davamıdır. Məntəqələrdə alternativ enerji mənbələrindən istifadə və elektromobillərə marağın günbəgün artması ölkəmizin, xüsusilə də Qarabağ və Şərqi Zəngəzurun ekosisteminə müsbət təsirini göstərəcək", - deyə məlumatda qeyd olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər