7 İyun 15:38
382
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu tərəfindən həyata keçirilən “Təhlükəsiz məktəb” sosial layihəsi çərçivəsində Füzuli rayonunun Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş maarifləndirici təlim təşkil olunub.

Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məktəblilərin fövqəladə hallarla bağlı davranış qaydaları, o cümlədən təxliyə barədə biliklərinin artırılması məqsədilə təşkil olunmuş tədbirin nəzəri hissəsi çərçivəsində Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri tərəfindən fövqəladə hallar zamanı zəruri davranış qaydaları barədə, o cümlədən əmək təhlükəsizliyinin əhəmiyyəti, mina təhlükəsindən qorunmağın yolları, qaz, elektrik və yanğın təhlükəsizliyi, liftdən istifadə qaydaları, ilk yardım mövzularında ətraflı məlumat verilib, suallar cavablandırılıb.

Təlimin praktiki hissəsində baş vermiş şərti fövqəladə hadisə ilə əlaqədar Nazirliyin qüvvələrinin operativ olaraq əraziyə cəlb olunması, məktəblilərin təxliyəsi və “fəsadların” aradan qaldırılması əməliyyatı icra olunub.

Uğurla keçən təlimdə yaxından iştiraka görə məktəblilərə sertifikatlar təqdim olunub, məktəbin heyəti isə maarifləndirici layihəyə verdikləri dəstəyə görə nişanla təltif olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər