İyunun 8-də təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi təşkil olunub.
Bu barədə Teleqraf.com-a Elm və Təhsil Nazirliyindən bildirilib.
Test imtahanları 16 şəhər üzrə 29 imtahan mərkəzini əhatə edib. İmtahanda 95% davamiyyət qeydə alınıb.
Test imtahanının nəticələri günün sonunadək müəllimlərin şəxsi kabinetlərinə göndəriləcək. Müəllimlər
Müəllimlər imtahanda təqdim edilən suallarla bağlı müraciətlərini 10 iyun saat 10:00-dan
Təkrar sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi avqust ayında təşkil olunacaq və bu barədə ətraflı məlumat müəllimlərin şəxsi kabinetlərinə göndəriləcək.
Təkrar imtahanda keçid balını toplamayan təhsilverənlərlə iş üzrə komissiyalar 10 iyun tarixindən fəaliyyətə başlayacaq. Yerli təhsili idarəetmə orqanlarında yaradılmış bu komissiyalar tərəfindən təhsilverənlərin alternativ iş imkanlarına baxılacaq.