Tatuajı olan insanlarda limfoma inkişaf riski 21 faiz yüksəkdir.
Teleqraf.com xəbər verir ki, İsveçdəki Lund Universitetinin tədqiqatçıları 2007-2017-ci illər arasında limfa xərçəngi diaqnozu qoyulmuş 20-60 yaş arası 11.905 nəfərin məlumatlarından istifadə edərək döymə və xərçəng arasında əlaqəni araşdırıblar.
Tədqiqatçılar müəyyən ediblər ki, döymə etdirən insanlarda limfoma inkişaf riski 21 faiz yüksəkdir.
Tədqiqatçılar döymədə istifadə edilən mürəkkəbin tərkibində kanserogen kimyəvi maddələrin olduğunu eyni zamanda bu kimyəvi maddələrin Tatuaj edərkən dərini deşərək bədənə daxil olduğunu və xərçəng riskini artırdığını bildiriblər.
Döymənin ölçüsü ilə xərçəng riski arasında heç bir əlaqə olmadığını qeyd edən tədqiqatçılar, ölçüsündən asılı olmayaraq döymənin bədəndə iltihabı tətiklədiyini və limfa xərçəngi riskini artırdığını vurğulayıblar.