Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Ceyhun Tofiq oğlu Hüseynov iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitində itkin düşüb.
Teleqraf.com Axar.az-a istinadla xəbər verir ki, erməni mediası əsgərimizin Naxçıvan istiqamətindən Ermənistan ərazisinə keçdiyini yazıb.
"Sputnik Ermənistan" bildirib ki, hərbçimiz Dərələyəzin Areni kəndi yaxınlığında saxlanılıb.