10 İyun 11:01
461
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qlobal iqlim dəyişikliyi bəzi dövlətlərin mövcudluğuna təhlükə yarada bilər.

Teleqraf.com xəbər verir ki, bunu energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov COP29 ərəfəsində iqlim davamlılığı və Xəzər dənizi üçün elm və biznesin sinerjisinə həsr olunmuş “Caspian Blue Horizons” tədbirində deyib.

Onun sözlərinə görə, Azərbaycan iqlim dəyişikliyinin bərpası mümkün olmayan zərərlərinə məruz qala biləcək ada dövlətləri ilə danışıqlar aparır.

E.Soltanov qeyd edib ki, Azərbaycan iqlim dəyişikliyinin quraqlıq və daşqın kimi mənfi nəticələrinə qarşı həssas yanaşır: “Su ehtiyatlarının çatışmazlığı problemi Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) gündəliyinə daxil edilməlidir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər