“Abzas media” işi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilən jurnalistlər Hafiz Babalı və Elnarə Qasımovanın həbsdə saxlama müddəti uzadılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə vəkil Rəsul Cəfərov məlumat verib.
Xətai Rayon Məhkəməsinin qərarı ilə Hafiz Babalının həbs müddəti 1 ay, Elnarə Qasımovanın 2 ay uzadılıb.
Qeyd edək ki, “Abzas media” işi üzrə aparılıan istintaqla saytın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, eyni zamanda direktor müavini Məhəmməd Kekalov və digər əməkdaşları - Hafiz Babalı, Nərgiz Absalamova və Elnarə Qasımova həbs edilib. Onlar hər biri qaçaqmalçılıqda ittiham edilirlər.