14 İyun 12:00
262
12 Punto 14 Punto 16 Punto 18 Punto

İş yerləri ilə bağlı duzlu, istiotlu hesabatlar açıqlanır, amma bağlanan iş yerlərindən danışılmır.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasında deputat Razi Nurullayev deyib.

O qeyd edib ki, büdcə xərclərinin səmərəlilik faizləri olduqca zəifdir:

“Azərbaycanda yaşı 70-i keçmiş şəhid ailələri var ki, onlar hələ də evlə təmin edilməyib. Sosial yardımlarla bağlı vəziyyət acınacaqlıdır. Bu yardıma ehtiyacı olanın qarşısında böyük qaya qoyulur. Bizdə hər şey kağız üzərində daha yaxşı görünür. Mənim məktublarıma cavab verilmir”.

Spiker Sahibə Qafarova isə deyib ki, hansı məktublarınıza cavab verilməyibsə, bizə məlumat verin:

“Həmin nazirliyin əməkdaşları buradadır. Onlar da məlumatlı olsun”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər