Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov iki ildən artıqdır ki, öz qudalarına çalışdığı qurumda vəzifə verib.
Teleqraf.com "Qaynarinfo"ya istinadla xəbər verir ki, Zaur Mikayılovun özünə müşavir təyin etdiyi qudası Əsəd Əli oğlu Şirinov vəzifəsindən istefa verib.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müşaviri vəzifəsindən aparat rəhbəri vəzifəsinə təyin etdiyi digər bir qudası Fuad Quliyevin də təyinatı müvəqqəti olaraq dayandırılıb.
Artıq ləğv edilən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin saytından da sözügedən vəzifəli şəxslərin adları silinib.