3 Fevral 2015 16:25
851
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvan Muxtar Respublikasında (NMR) analoq televiziya siqnalının yayımı dayandırılıb.

Bu barədə Trend-ə muxtar respublikanın telekommunikasiya bazarındakı mənbə bildirib.

Agentliyin müsahibinin sözlərinə görə, analoq yayım tamamilə rəqəmsal yayımla əvəz edilib və NMR-in bütün yaşayış məntəqələri onunla əhatə olunub.

Hazırda Naxçıvan şəhərinin əhalisi sosial rəqəmsal paketdən istifadə edir. Bura bütün ümumrespublika telekanalları, Türkiyənin TRT telekanalı və 2 yerli telekanal ("Kanal-35" və "Naxçıvan TV) daxildir.

NMR ərazisində rəqəmsal siqnalın yayımı üçün 6 iri və 43 kiçik TV ötürücü quraşdırılıb.


Müəllif:

Oxşar xəbərlər