Azərbaycanın rayonlarında faktiki və gözlənilən hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, bölgələrdə arabir leysan xarakterli yağış yağır, şimşək çaxır.
Düşən yağıntının miqdarı aylıq normanın 22-40 %-ni təşkil edib.
Xidmət rəsmisi Gülnarə Abbasova bildirib ki, gecə saat 03:00 radələrində Göygöl rayonu Üçtəpə kəndinə dolu düşüb: “Bu gün bölgələrdə hava şəraitinin arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimal olunur. Hazırda şərq küləyi əsir. Havanın temperaturu Aran rayonlarında 30-35 dərəcə isti, dağlıq rayonlarda 17-22 dərəcə isti təşkil edəcək".