25 İyun 10:04
468
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu, Ə.Orucəliyev küçəsində vətəndaşların evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Teleqraf.com xəbər verir ki, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq 2-si uşaq olmaqla 3 nəfəri xilas ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər