Prezident İlham Əliyevin Sərəncamına əsasən, Natiq Səlim oğlu Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi ilə əlaqədar onun anası Qasımova Dursun Əsgər qızına Prezident təqaüdü təyin edilib.
Natiq Qasımovun qardaşı Nofəl Qasımov Teleqraf.com-a açıqlamasında Prezident İlham Əliyevə təşəkkür edib: "Ailəmiz adından Ali Baş Komandan, Prezident İlham Əliyevə öz təşəkkürümüzü bildirirəm.
Prezidentimiz qardaşıma layiqli qiymət verdi".