14 May 2014 17:11
1 425
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Manisa vilayətinin Soma rayonu ərazisindəki kömür mədənində baş verən qəza Azərbaycanda da insanların dərin kədərinə səbəb olub. Azərbaycan vətəndaşları bu hadisədən sözün əsl mənasında sarsılıblar.

Teleqraf.com-un məlumatına görə, baş vermiş hadisə Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyinin təşkilatçılığı ilə mayın 16-ı, saat 20:00-da Rəşid Behbudov adına Mahnı Teatrında keçirilməsi planlaşdırılan “Natiq Ritm Qrupu”nun konsertinin təxirə salınmasına səbəb olub. Liseyin müdiri Ali Devrim deyib:

“Türkiyədə meydana gələn mədən qəzası səbəbindən 16.05.2014-cü ildə liseyimiz tərəfindən düzənlənməsi planlaşdırılan “Natiq Ritm Qrupu”nun konserti başqa bir tarixə ertələnib. Mədən qəzasında həyatını itirənlərə Allahdan rəhmət, yaralı olaraq xilas edilənlərə şəfa diləyirəm”.

Qeyd edək ki, sözügedən konsertin mərhum prezident Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə və Türkiyə-Azərbaycan qardaşlığına həsr edilməsi nəzərdə tutulmuşdu.

Baş vermiş faciə səbəbindən qardaş ölkədə üç günlük matəm elan olunub.

Səxavət


Müəllif: