Vanda konsert proqramında çıxış edən məşhur türkiyəli müğənni Bengünun türk kimliyi ilə bağlı tərifli sözlərinə etiraz edənlər olub.
Teleqraf.com Tükiyə mediasına istinadla xəbər verir ki, Vandakı konsertinin sonunda müğənni “Nə mutlu türkəm deyənə” şüarını səsləndirib.
Bu zaman tamaşaçılardan bir neçəsi qəfildən səhnəyə plastik butulkalar atıblar.
Konsertdən kadrları İnstaqram hesabında paylaşan Bengü hələlik hadisə ilə bağlı açıqlama verməyib.