ARB24, ATV və “ARB Günəş”in efiri üç saatlıq dayandırılacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Audiovizual Şura qərar qəbul edib.
Buna səbəb isə hər üç kanalın yayım hüququnu pozmasıdır.
Belə ki, aparılan monitorinqlər nəticəsində ATV televiziya redaksiyasının (kanalının) efirində 18 aprel 2024-cü il tarixdə saat 05.29-06.38 aralığında, ARB televiziya redaksiyasının (kanalının) efirində 21 may 2024-cü il tarixdə saat 03.05-04.33 aralığında, “ARB Günəş” televiziya redaksiyasının (kanalının) efirində 13 iyun 2024-cü il tarixdə saat 18.25-19.29 aralığında Azərbaycan Respublikası ərazisində müstəsna yayım hüququ digər audiovizual yayımçıya məxsus olan proqramların (bədii və cizgi filmlərinin) icazəsiz yayımlanması faktları öz təsdiqini tapıb. Şura üzvlərinin bu məsələnin diqqətdə saxlanılması ilə bağlı yayımçıları əvvəlki dövrlərdə xəbərdar etməsi və müvafiq tövsiyələr verməsini nəzərə alaraq bu dəfə həmin televiziya yayımçılarının (“ARB 24” MMC-nin “ARB” kanalının, “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının “ATV” kanalının və “RTV” MMC-nin “ARB Günəş” kanalının) proqramlarının yayımının 11 iyul tarixində 3 saatlıq dayandırılması barədə müvafiq qərarlar qəbul olunub.