9 İyul 10:05
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İctimai İştirakçılığın Dəstəklənməsi" İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Korrupsiyaya qarşı mübarizədə ictimai şuraların potensialı” layihəsi çərçivəsində Xaçmaz rayonunda tədbir keçirib.

Heydər Əliyev Mərkəzində baş tutan tədbiri Rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin baş məsləhətçisi Tariyel Didarov açaraq, iştirakçılara mövzu barədə geniş məlumat verib. O, hökumətin korrupsiyaya qarşı apardığı siyasət və bu siyasətdə Xaçmaz rayon icra hakimyyətinin oynadığı rolu diqqətə çatdırıb. Vurğuladı ki, hər zaman bu cür layihələrin keçrilməsinə böyük ehtiyac var.

Layihə rəhbəri Fəxrəddin Nəsirli verilən dəstəyə görə rayon icra hakimyyətinə təşəkkürünü bildirdi.

Layihənin eksperti Şaban Nəsirov isə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamını xatırlatdı.

Milli Fəaliyyət Planında dövlət qurumları ilə yanaşı vətəndaş cəmiyyətlərinə də geniş yer ayrıldığını vurğuladı. Ekspert bildirdi ki, ictimai şuralar Milli Fəaliyyət Planından istifadə etməklə korrupsiyaya qarşı effektli mübarizə apara bilər. Ekspert həmçinin Prezident tərəfindən 22 Noyabr 2013-cü ildə imzalanan “İctimai iştirakçılıq haqqında” qanunun korrupsiyaya qarşı mübarizədə effektli yollar açdığını iştirakçıların nəzərinə çatdırdı. Belə ki, bu Qanun Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının dövlət idarəetməsinin həyata keçirilməsinə cəlb edilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir.

Ekspert qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edildiyni sadaladı: ictimai iştirakçılıq, vətəndaş cəmiyyəti institutları, ictimai şura, ictimai müzakirə, ictimai dinləmə, ictimai rəyin öyrənilməsi, hüquqi aktların layihələrinin ictimai müzakirəsi, yazılı məsləhətləşmələr.

Daha sonra ekspert hər bir anlayışla bağlı iştirakçılara ətraflı məlumat verdi. Vuruğualdı ki, hazırda bu anlayışlardan ən çox ictimai şuralar istiqaməti inkişaf edib.

Bundan sonra rayon icra hakimyyəti yanında İctimai Şuranın sədri Məhərrəm Abbasov İctimai Şuranın gördüyü işlərdən bəhs etdi. Eyni zamanda bu cür layihələrin maariflənmə işlərində oyndığı rolu yüksək qiymətləndirdi. Sonda iştirakçıların layihə ekspertinə, icra hakimyyəti nümayəndəsinə və İctimai Şura üzvlərinə müraciətləri əsasında müzakirələr aparıldı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər