Batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Bilgəh” sularda xilasetmə məntəqəsindən kənarda çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.