12 İyul 16:37
354
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təqribən 150 min seçici qeydiyyatdançıxma vəsiqəsi ilə təmin ediləcək.

Teleqraf.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iyulun 12-də keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, seçki günü yaşadığı ərazidə olmayan seçicilər bu vəsiqələr üçün müraciət edə bilərlər.

“Bu seçkilərdə seçicilərə 150 min qeydiyyatdançıxma vəsiqəsi verilə bilər. Prezident seçkilərində bu say daha çox olurdu. Amma parlament seçkilərini onunla müqayisə etməməliyik”, - MSK sədri bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər