12 İyul 17:09
428
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən altı ay ərzində Azərbaycanda 736 nəfər İİV-ə (İnsanın immunçatışmazlığı virusu) yoluxub.

Teleqraf.com xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu məlumat yayıb.

Qeyd olunub ki, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur.

Belə ki, ötən 6 ay ərzində İİV-ə 736 nəfər yoluxub. Onlardan 723 nəfəri Azərbaycan vətəndaşı, 13 nəfəri isə əcnəbi olub. Azərbaycan vətəndaşları arasında 33 nəfəri (5,4%-i) inyekson narkotik istifadəçiləri olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər