13 İyul 12:19
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 13-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında Azərbaycan Respublikası Milli Məclisinə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar YAP-ın Tədbirlər Planına uyğun olaraq səsvermə gününədək seçki komissiyalarının iclaslarını müşahidə edəcək şəxslərin təlimatlandırılması məqsədilə müşavirə keçirilib.

Təlim zamanı seçki prosesində müşahidəçilik institutunun rolu və əhəmiyyəti, müşahidə aparılması qaydaları, müşahidəçilərin hüquq və vəzifələri barədə ətraflı izahat və məlumat verilib.

Daha sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb, müvafiq tapşırıq və tövsiyələr diqqətə çatdırılıb.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər