13 İyul 16:09
341
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Bakının Nəsimi və Xətai rayonlarının bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Teleqraf.com-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsində Cavanşir körpüsünün söküntü sahəsində qaz xəttində aşkar olunmuş güclü qaz sızmasının ləğvi ilə əlaqədar iyulun 14-də saat 13:00-dan işlər yekunlaşanadək qaz təchizatı dayandırılacaq.

Təmir-bərpa işləri görülən müddətdə Nəsimi rayonunun Üzeyir Hacıbəyov küçəsinin və Xətai rayonunun Həsən Salmani küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər