Abşeron rayonunda Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə siyasi hakimiyyətə gəlməsinin 55 illiyi qeyd edilib.
Teleqraf.com xəbər verir ki, rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində “14 iyul 1969-cu il - Qüdrətli Azərbaycanın inkişaf yolunun başlanğıcı” mövzusunda tədbir keçirilib.
Tədbirdə RİH başçısı Abdin Fərzəliyev, YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Abşeron RİH yanında İctimai Şuranın sədri, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova, Abşeron Ağsaqqallar Şurasının sədri, şəhid Vidadi Zalovun atası Nizami Zalov, hüquq mühafizə orqanlarının, idarə və təşkilat rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak ediblər.
İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə güllər düzərək Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Sonra Heydər Əliyev Mərkəzinə baxış keçirilib, mərkəzin fəaliyyəti və Ulu Öndərin həyat və fəaliyyətini özündə əkds etdirən foto və video materiallarla tanış olublar.
Tədbirdə Dövlət Himni oxunub, Ulu Öndər Heydər Əliyevin, vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şərəfli həyatına və əzmkar fəaliyyətinə - xatirəsinə həsr olunmuş videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyev bildirib ki, Azərbaycanın bu günə qədər əldə etdiyi bütün naliyyətlər Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Qeyd edilib ki, Ulu Öndərin ölkəmizdə birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə daima hörmətlə xatırlanır.
Bu gün də Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirən Azərbaycan Respublikasının Prerzidenti cənab İlham Əliyev vətənimizin ərazi bütövlüyünü təmin etmiş, Müzəffər Ali Baş Komandanın “Dəmir yumruğ”u ətrafında birləşən ordumuz Vətən Müharibəsində düşmən üzərində şanlı qələbə qazanmış və bununla da ata nəsihəti yerinə yetirib.
Sonra YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Abşeron RİH yanında İctimai Şuranın sədri, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova, Əkinçilik Elmi-Tədqiqat İnstitunun direktoru Faiq Xudayev, Saray qəsəbə 3 saylı tam orta məktəbin direktoru, əməkdar müəllim Təyyubə Hüseynova çıxış edərək Ulu Öndərin Azərbaycan xalqının taleyində misilsiz rol oynadığını, dahi şəxsiyyətin hər zaman qürur və iftixar hissi ilə xatırlandığını və yad edildiyini bildiriblər. Çıxışçılar Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə siyasi rəhbərliyə gəlməsinin mühüm tarixi hadisə olduğunu qeyd edərək vurğulayıblar ki, Ulu Öndər ömrünü dövlətimizin çiçəklənməsinə və rifahına, xalqımızın inkişafına həsr edib.
Daha sonra Abşeron RİH-i tərəfindən rayon ictimaiyyətinin bir qurup üzvünə Ümummilli Lider Heydər Əliyev irsinin təbliğində və Abşeron rayonunun ictimai həyatında fəal iştirakına görə Fəxri Fərmanlar təqdim edilib.
Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 55 illiyi ilə əlaqədar olaraq Abşeron rayonunda yaşayan şəhid övladlarının Bakı şəhərində yerləşən Heydər Əliyev Mərkəzinə ziyarəti təşkil olunub. Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan səfərdə şəhidlərimizin bizə əmanət qalan övladları Mərkəzin fəaliyyəti, o cümlədən Ulu Öndərin həyat və fəaliyyətini özündə əkds etdirən foto və video materiallarla tanış olublar.