14 İyul 18:12
398
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Hərbi Kollecinin “Heydər Əliyev muzey-lektoriyası”nda Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 55-ci ildönümü münasibətilə “Məşəl kimi yanan ürək” adlı tədbir keçirilib.

Müdafiə Nazirliyindən Teleqraf.com-a bildiriblər ki, tədbirdə Müdafiə Nazirliyinin nümayəndələri, Milli Müdafiə Universitetinin professor-müəllim heyəti və kursantlar iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Qonaqlar “Heydər Əliyev muzey-lektoriyası”nda Ulu Öndərin zəngin irsini əks etdirən ekspozisiya ilə tanış olublar.

Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçildikdən sonra Azərbaycanın ictimai-siyasi həyatındakı islahatlardan danışıb, Azərbaycanın qısa müddətdə ittifaqın ən qabaqcıl respublikalarından birinə çevrildiyi vurğulanıb.

Diqqətə çatdırılıb ki, Heydər Əliyevin 1971-ci ildə böyük uzaqgörənliklə indiki Cəmşid Naxçıvanski adına Hərbi Liseyi yaratması Azərbaycan Ordusunun zabit kontingentinin formalaşmasında atılan başlıca addımlardan biri olub.

Tədbirdə 1993-cü ilin iyun ayında Azərbaycan xalqının təkidli tələbi ilə Heydər Əliyevin hakimiyyətə gətirilməsi, müasir Azərbaycan Ordusunun yaranmasında, formalaşmasında, mütəşəkkil qüvvəyə çevrilməsində onun müstəsna xidmətləri yada salınıb, Ulu Öndərin layiqli davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı şanlı Qələbə xatırlanıb.

Sonda Ümummilli Liderin həyatı və siyasi fəaliyyətini əks etdirən qısametrajlı videoçarx nümayiş olunub.

Tədbir Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistlərinin ifaları ilə yekunlaşıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər