16 İyul 13:45
393
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) sinifləndirilməsindən keçməsinə və beynəlxalq humanitar əməliyyatlara hazırlıq məqsədilə 10-12 iyul 2024-cü il tarixlərində Nazirliyin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şəxsi heyətinin iştirakı ilə növbəti dəfə 36 saat ərzində fasiləsiz olaraq davam edən taktiki-xüsusi təlim keçirilib.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, Paytaxtın Türkan və Hövsan qəsəbələrinin ərazisində reallaşdırılan taktiki-xüsusi təlimdə çıxış edən Nazirliyin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin rəhbəri, FHN Baş əməliyyat idarəsinin rəis müavini polkovnik Ələsgər Əliyev taktiki-xüsusi təlimin məqsəd və vəzifələrindən danışaraq, təlimin beynəlxalq axtarış-xilasetmə formatına uyğun keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Taktiki-xüsusi təlim zamanı təbii və texnogen hadisələr nəticəsində dağıntılar altından zərərçəkmişlərin xilas edilməsi, ilkin tibbi yardımın göstərilməsi, təxliyyə, eləcə də ərazidə qiymətləndirmə tədbirlərinin həyata keçirilməsi üzrə prosedurların tətbiqi həyata keçirilib. Təlimin gecə saatlarında həyata keçirilən hissəsində beynəlxalq humanitar əməliyyatlarda texniki təhlükəsizlik qaydalarına riayət olunması, həyat və sağlamlığın qorunması üzrə əməli vərdişlərin aşılanmasına xüsusi diqqət yetirilib.

Taktiki-xüsusi təlim zamanı qarşıya qoyulmuş məqsədlərə nail olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər