17 İyul 10:35
7 181
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astrologiyaya görə, bəzi bürclər həm emosional, həm də dostluq münasibətlərində paxıl ola bilərlər. Paxıllıq ümumi bir duyğu olsa da, önəmlisi onun dozası və insanın niyyətidir.

Teleqraf.com astroloji proqnoza görə ən paxıl bürcləri təqdim edir.

Buğa - Buğa insanlara güvənməkdə həmişə şübhəlidir. Asanlıqla əlaqə qura bilmir, diqqətlə araşdırırlar. Dostlarını itirməkdən qorxurlar və buna görə də paxıllıq hiss edirlər. Ancaq bu hiss Buğada digər bürclərə görə bir qədər azdır.

Oxatan - Mehribandırlar, amma qısqanc bürclər dedikdə ilk ağıla Oxatanlar gəlir. Sevgi münasibətlərində paxıllıqları bu qədər yüksək olmaya bilər.

Şir - Dəbdəbə və pulu sevmələri ilə tanınırlar. Siyahıdakı ən paxıl bürclərdən olduğunu deyə bilərik. Başqasının həyat səviyyəsinə paxıllıq edə bilərlər. Xərçənglər kimi qısqanclıq hisslərini zahirdə göstərmirl'r, ancaq daxildə fırtınalar qopur.

Əqrəb - Qısqanclıq hissi onlarda zülmkar bir xarakterə çevrilir. Özlərini başqaları ilə müqayisə edirlər. Təəssüf ki, bu duyğular bəzən həm özlərinə, həm də ətrafındakılara zehni zərər verə bilər.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər